Həyata dair 10 gözəl aforizm
30 avqust 2024 17:23 (UTC +04:00)

Həyata dair 10 gözəl aforizm

Lent.az həyata dair 10 ən gözəl aforizmi təqdim edir. Bonus olaraq müdriklərin həyat barədə gözəl fikirlərini də seçib təqdim edirik. Oxuyun, hansı ruhunuza yaxındırsa, ona əməl edin.

Hər gün insan üçün yeni bir həyatdır. (R.Beyker)

Həyat — bu sonsuz mükəmməlləşdirmədir. Özünü mükəmməl hesab etmək isə-özünü öldürməkdir. (Georq Vilhelm Fridrix Hegel)

Həyat avtomobil idarə etmək kimi bir şeydir-nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var. (A.L.Stal)

Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır. (Santayana)

Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən. (Fridrix Nitsşe)

Həyat yuxuda da öz sonuna doğru gedir. (A.Bule)

Həyatda vaxt öldürmək özünü öldürmək deməkdir. (C.Pekk)

Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır. (Ç.Kolton)

Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir. (C.Vatson)

Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır. (C.Fuller)

Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür boyu ağlamayacağıq ki! (A.Kapus)

Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər. (Dante Aligyeri)

Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz budur. (Cəlil Məmmədquluzadə)

Faydasız həyat - vaxtsız ölümə bərabərdir. (İohann Volfqanq Göte)

Görmək və hiss etmək - mövcud olmaq, düşünmək isə yaşamaq deməkdir. (Uilyam Şekspir)

İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və əzablar içində ölür. (Jan de Labrüyer)

Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər. (Oskar Uayld)

Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik. (C.Robertson)

Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm. (A.Bek)

Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: - ana dilimizi - vicdanımızı - Vətənimizi. (Şah İsmayıl Xətai)

Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir. (Benedikt Spinoza)

Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir. (V.İrvinq)

Nəfsinin hakimi olan dünyanın ağası olar. (Naməlum)

Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır. (A.Barbüs)

Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. (H.Holley)

Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz. (Deyl Karnegi)

Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır. (Q.Təbrizi)

Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir. (Menandr)

Biz fəryad ilə dünyaya gəlir, qorxu ilə yaşayır, ah-nalə ilə də onu tərk edirik. (Rövşən Abdullaoğlu)

Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən. (Vovenarq)

Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik. (Ziqmund Freyd)

Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş. (Çarli Çaplin)

Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər. (İ.Ten)

 Yalançı olmaq üçün yaddaş lazımdır.

 Hər şey keçmişdə qalır amma heç bir şey keçmir.

İnsanların sənin haqqında nə düşündüklərinə əhəmiyyət verməyərək, ömrünü uzada bilərsən.

 Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalanı həyatın işidir.

İt sənə dost olar bir sümük atsan, Namərd qədir bilməz qurban da olsan.

Ən kasıb insan malı az olan deyil, arzusu çox olandır.

 Həyatın iki faciəsi var: bri arzumuza çata bilməmək, digəri isə istədiyimiz əldə etməkdir.

 Zaman keçir? Yox səhv olaraq belə düşünürsünüz!…zaman dayanıb siz keçib gedirsiniz.

Sən nəyə hazırsansa, o da sənə hazırdır.

Hər hansı birinin səndən nifrət etməsinin əsl səbəbi: Sənin kimi olmaq istədiyi halda əsla sənin kimi ola bilməyəcəyini bilməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18831
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar