Türkiyəli rok musiqiçi Haluk Levent zəlzələ qurbanlarına yardım edə bilmədiyi üçün əzab çəkdiyini yazıb.
Lent.az-ın xəbərinə görə, müğənni sosial şəbəkə hesabında paylaşım edərək, üzüntülərini dilə gətirib.
“Yat deməklə deyil, bu an dağıntılar altında minlərlə canın kömək gözlədiyini bilincə gözlərin yuxu tutarmı? Kaş ki traktor olam, dağıntıları qaldırmağa gücüm yetəydi”,- deyə o bildirib.