“Görünür erotik il olacaq” - Xalq artistindən  məzəli açıqlama
05 yanvar 2023 13:37 (UTC +04:00)

“Görünür erotik il olacaq” - Xalq artistindən məzəli açıqlama

Yeni ilə hamı yeni ümidlər, arzularla girir. İldən nə gözləntiləriniz var? Lent.az-ın bu sualına Xalq artisti İlham Namiq Kamal məzəli bir cavab verib.

“Ötən il pələng ili idi. Bu il dovşan ili. Hər zaman eşitdiyimiz maraqlı bir deyim var el arasında . “Ay səni dovşan yesin, saxlasın axşam yesin”. Niyə pələng yox, dovşan yesin, özü də məhz axşam yesin? Yəni dovşan nə boyda dovşan olacaq ki, şam yeməyinə adam yemək istəsin? Kim kimi yeyəcək? Amma yuxuda görmüşəm çox ləyaqətli dovşandır, rəngini qara desələr də, tez-tez dəyişir. Əsas odur, adam yeməsin. Görünür, erotik il olacaq”, - deyə Xalq artisti zarafatla bildirib. 

O, 2023-cü ilin hamıya düşərli il olmasını arzulayb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2301
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar