Görkəmli bəstəkar, yoxsa cazmen? – Anar Kərimovdan qəribə paylaşım
30 noyabr 2022 13:11 (UTC +04:00)

Görkəmli bəstəkar, yoxsa cazmen? – Anar Kərimovdan qəribə paylaşım

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov görkəmli bəstəkar Rauf Hacıyevin 100 illiyi münasibətilə paylaşım edib.

Lent.az-ın məlumatına görə, nazir öz sosial şəbəkə hesabında tanınmış bəstəkarı kiminləsə qarışıq salıb.

Cənab nazir Rauf Hacıyevi cazmen kimi təqdim edib. Mərhum sənətkarımızın caz janrında bir neçə kiçik əsəri olsa da, o cazmen kimi tanınmayıb. Onun istedadı daha çox operetta janrında parlayıb. Rauf Hacıyevin operettalarında vokal-simfonik, balet və estrada sənəti birləşib.

Mütəxəssislər görkəmli bəstəkarın musiqi dilinin xalq musiqisi və müasir estrada üslubunun sintezindən ibarət olduğunu söyləyirlər. 

Rauf Hacıyev Üzeyir Hacıbəyovun tələbələrindəndir. O Azərbaycan filmlərinə musiqilər bəstələyib, yadda qalan çoxlu sayda mahnıların müəllifidir. Bəstəkarın "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" mahnıları çox populyardır.

O, 1964-cü ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycan Respublikasının Mədəniyyət Naziri təyin olunub. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət xor kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət rəqs ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılıb. Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilib.
Hörmətli nazirimiz onu bəstəkar kimi tanımasa da, ən azından nazir sələfi kimi tanımalıydı...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4932
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar