"Gəncə və gəncəlilər" layihəsində Şahnaz Haşımovanın yaradıcılıq gecəsi baş tutub
06 oktyabr 2024 15:51 (UTC +04:00)

"Gəncə və gəncəlilər" layihəsində Şahnaz Haşımovanın yaradıcılıq gecəsi baş tutub

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində Xalq artisti Şahnaz Haşımovanın yaradıcılıq gecəsi keçirilib.

Lent.az-ın xəbərinə görə, gecədə Xalq artistləri Şahnaz Haşımova, Gülyaz Məmmədova, Əməkdar artistlər Aybəniz Haşımova, Tural Abdullayev, sənətkarın tələbəsi Fəxri Kazım-Nicat, solist Zəminə Mustafayeva, Aşıq İlqar Nəcəfov, Türkiyədən qonaq olan saz ifaçısı Volkan Kaplan “Kəsmə şikəstə”, "Oxu gözəl", "Sənə də qalmaz", "İlk məhəbbət", "Göygölüm", "Qaragilə", "Ana", "Gözəl Gəncəmiz", "Azərbaycan" mahnılarını ifa ediblər.

 Həmçinin yaradıcılıq gecəsində Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Muxtar Oxçaoğlu çıxış ediblər.

Gecənin bədii rəhbəri Sahil Quliyev, kollektiv rəhbəri Xalq artisti Adil Bayramov, baletmeyster Sənan Cavadovdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2148
avatar

Oxşar yazılar