Gəncə Dövlət Filarmoniyasında Ramiz Mirişlinin 90 illik yubileyi qeyd olundu
21 oktyabr 2024 14:50 (UTC +04:00)

Gəncə Dövlət Filarmoniyasında Ramiz Mirişlinin 90 illik yubileyi qeyd olundu

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert keçirilib.

Gəncə Dövlət Filarmoniyasından Lent.az-a verilən məlumata görə, gecədə filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbər və dirijorluğu ilə Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Samirə Hacıyeva, Zaminə Mustafayeva, Samir Məmmədov, Azər Verdiyev, Xəyal Əliyev bəstəkarın "Arazım", "İlk sevgi", "Qızlar bulağı", "Dedi tələsmə", "Küsüb məndən", "Doğma diyarım", "Həyat söylə sən kiminsən", "Bir könül sındırmışam", "Azərbaycan dünyam mənim" mahnılarını səsləndiriblər.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600
avatar

Oxşar yazılar