Gəncə Dövlət Filarmoniyasinda Mobil Əhmədovun xatirəsi yad edilib
11 sentyabr 2024 11:11 (UTC +04:00)

Gəncə Dövlət Filarmoniyasinda Mobil Əhmədovun xatirəsi yad edilib

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində Xalq artisti, professor Mobil Əhmədovun anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib.

Filarmoniyadan Lent.az-a verilən məlumata görə, gecədə Mobil Əhmədovun tələbəsi, Əməkdar artist Ramil Qasımov, Gəncə Dövlət Filarmoniyasının solistləri Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, solistlər Rüstəm Cəfərov, Elmir Pişnamazzadə, Məhərrəm Qasımov, Vasif Bayramov, Bakıdan dəvət olunmuş Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri Əməkdar artist Almaz Ələsgərova, solist Şaban Cəfərov, həmçinin Xalq artisti Heydər Anatollu, Səttar Nəsirov sənətkarın repertuarından Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Əsgərin mahnısı, Tofiq Quliyevin "Sevgilim", "Badamlı", Rauf Hacıyevin "Ay qız", Oqtay Kazıminin "Ey xəyal" mahnılarını səsləndiriblər.

Gecənin sonunda sənətkarın qızı Nigar Əhmədova atası ilə bağlı xatirələrini bölüşərək, tədbirin təşkili üçün yaradıcı heyətə təşəkkürünü bildirib.

Gəncə Dövlət Filarmoniyasinda Mobil Əhmədovun xatirəsi yad edilibGəncə Dövlət Filarmoniyasinda Mobil Əhmədovun xatirəsi yad edilibGəncə Dövlət Filarmoniyasinda Mobil Əhmədovun xatirəsi yad edilibGəncə Dövlət Filarmoniyasinda Mobil Əhmədovun xatirəsi yad edilibGəncə Dövlət Filarmoniyasinda Mobil Əhmədovun xatirəsi yad edilibGəncə Dövlət Filarmoniyasinda Mobil Əhmədovun xatirəsi yad edilibGəncə Dövlət Filarmoniyasinda Mobil Əhmədovun xatirəsi yad edilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2343

Oxşar yazılar

Zurab Sereteli

Xalq rəssamı VƏFAT ETDİ

22 aprel 2025 , 10:21
“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

22 aprel 2025 , 06:41
Orxan Fikrətoğluna nazirlikdə vəzifə  verildi

Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi

21 aprel 2025 , 17:53
 Çətin gün keçirdin?   - Bu komediyalardan birini izlə -VİDEO

Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO

21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola  çəkiləcək

Cennifer Lopez bu filmdə baş rola çəkiləcək

21 aprel 2025 , 13:34
Sevgi haqqında deyilmiş 7 aforizm

Sevgi haqqında deyilmiş 7 aforizm

20 aprel 2025 , 19:23
 Xəstəliklərinə görə   kariyeralarını bitirən ULDUZLAR

Xəstəliklərinə görə kariyeralarını bitirən ULDUZLAR

20 aprel 2025 , 11:07
Dahilərdən yumor  haqqında 10 aforizm

Dahilərdən yumor haqqında 10 aforizm

18 aprel 2025 , 18:24