Fiziki qüsurlu   MƏŞHURLAR
11 iyun 2024 20:15 (UTC +04:00)

Fiziki qüsurlu MƏŞHURLAR

Fiziki qüsur insanı həyatdan küsdürməməlidir. Bədbin olmağa da əsas vermir. İnsanın ruhu çağlayır, mübarizə aparırsa, həyata qələbə çalmaq mümkündür. İndi haqqında məlumat verəcəyimiz məşhurlar öz həyatları ilə bütün dünyaya məhz bunu sübut ediblər.

Lent.az fiziki qüsurları olan məşhurlar barədə məlumat verir.

Hollivud ulduzu Piter Dinkleyc cırtdanlığın bir forması – axondroplaziyadan əziyyət çəkir, Bu xəstəlik zamanı baş və gövdə normal inkişaf edir, əzaları qısa qalır. Dinklagenin boyu 135 santimetrdir.

Fransalı aktyor Camel Debbouzun bir qolu şikəstdir, lakin bu ona dünya şöhrəti qazanmağa mane olmayıb.

Vinni Xarlou vitiliqo (dəri pegmentinin pozulması) xəstəliyinə tutulub. Məktəbdə ona inək, zebra və s. sözlər deyərək təhqir ediblər. Lakin o, öz qüsurunu şöhrət yolunda istifadə etməyi bacarıb.

Stiven Hovkinq 21 yaşı olarkən iflic keçirib və həkimlər ona yaşamağı üçün cəmi iki il vaxt qoyublar. Həmin vaxtda Oksford universitetində oxuyan Stiven nəinki təhsilini davam etdirib, eyni zamanda nəzəri fizikanın əsasını qoyub.

Viktoriya Modesta bionik müğənni adlandırılır. Doğuşdan sonra aldığı zədəyə görə, ayağının biri amputasiya edilib. İndi Viktoriya məşhur jurnalların üz qabığına çəkilən müğənnilərdəndir.

Silvestor Stallone anadan olanda həkimlər onun simasının iflic keçirdiyini və çənə hissəsində yaranmış problemdən danışığında qüsurların olacağını vurğulayıblar. Amma bu da aktyorun 50-dən çox filmə çəkilməyinə mane olmayıb.

 

Marli Metlin yeganə kar aktrisadır ki, ən yaxşı qadın obrazına görə, “Oskar”a layiq görülüb.

Nik Buyçiçin nə qolları, nə ayaqları var. Anadangəlmə olan bu qüsur həyatdan küsdürməyib. Nik ailə də qurub. Bir çox kitabların və bloqarın müəllifidir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6330
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar