Filmlərdə romantik cütlükləri oynayan aktyorların bəziləri sonralar rollarının təsirindən çıxa bilməyib real həyatda bir-birlərinə aşiq olur, sevgi macəraları yaşayırlar. Amma həmişə belə olmur. Elə cütlüklər də var ki, filmlərdə sevgili olsalar da, real həyatda bir - birlərinə dözə bilmir, sevgili rolunu oynamaq üçün “cəhənnəm əzabı” yaşayıblar.
Lent.az filmlərdə sevgili, həyatda düşmən olan cütlüklər barədə məlumat verir.
Bir zamanlar çox səs gətirmiş “Bozun 50 çaları” filminin qəhrəmanları Ceymi Dornan və Dakota Conson filmdə hər nə qədər çılğın, ehtiraslı cütlük rolunu oynasalar da, realda bir-birlərini görməyə gözləri yox idi.
“Kirli rəqslər” filmində sevgili rolunu oynayan Patrik Sueyzi və Cenifer Qrey çəkilişlərin son gününə qədər dava ediblər. Buna səbəb Patrikin gözlənilmədən konflikt yaratması, Ceniferi təhqir etməsi olub.
“Yaddaş gündəliyi” filmində ehtiraslı səhnələrlə yaddaşlara köçmüş Rayan Hoslinq və Reyçel Mak Adams çılğın yataq səhnələrindən sonra itlə- pişik kimi dalaşırdılar. Hətta Rayan dəfələrlə rejissordan Reyçeli başqa aktrisa ilə dəyişməyi tələb etmişdi.
Leonardo Du Kaprio və Kler Deyns “Romeo və Cülyetta” filminin çəkilişlərində iki sevgilidən çox iki düşməni xatırladırdılar.
Ceyms Franko və Enn Heteuey də filmdə sevgili, həyatda düşmən olan cütlüklərdir.