Filmlərdə heyvanlarla səhnələr necə çəkilir? - Atlara  sol tərəfi   üstə yıxılmaq öyrədilir
10 may 2023 17:44 (UTC +04:00)

Filmlərdə heyvanlarla səhnələr necə çəkilir? - Atlara sol tərəfi üstə yıxılmaq öyrədilir

Tez-tez canlı yayımlar açıb, serial çəkilişləri zamanı baş vermiş maraqlı hadisələr, pərdəarxası situasiyalar və kino sirləri barədə danışan rejissor, eyni zamanda tiktoker Yener Yalçın heyvanların filmlərə çəkilməsi qaydaları barədə maraqlı açıqlama verib.

Lent.az-ın məlumatına görə, rejissor bildirib ki, döyüş səhnələri üçün istifadə olunan atlar mütləq xüsusi təlim görür. Atlar yıxılarkən üzərindəki aktyoru yaralamması üçün onların hamısına sol tərəfi üstə yıxılmaq öyrədilir. Hətta “Diriliş Ərtoğrul” filminin çəkilişləri zamanı rejissor 15 ata sağ tərəfi üstə yıxılmağın öyrədilməsini tələb edib. Çünki döyüş zamanı atların hamısının eyni tərəfə yıxılması qeyri-adi görünürmüş.

Rejissor film və ya reklam çəkilişləri zamanı itlərlə işləməyin pişiklərlə işləməkdən daha asan olduğunu bildirib. 

“İtlər təlimə daha çox uyurlar. Pişiklər isə tez yorulur, daha çox dəcəllik edirlər. Əslində bizə heyvanlarla işləməkdən çox, onların sahibləri ilə işləmək çətinlik yaradır. Məsələn, pişik sahibi özü yorulubsa, pişiyi qucağına alıb “yoruldu, dincəlməlidir” deyir və fasilə verir. Məcbursan gözləyəsən.

Pişikdən  yorulub-yorulmadığını soruşmaq mümkün deyil axı. Ümumiyyətlə, çəkilişlər zamanı heyvanlar və uşaqlarla işləmək adı gələndə biz çox qorxuruq. Çünki işin necə davam edəcəyini, neçə saat sürəcəyini öncədən bilmirik”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1803
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar