"Eurovision"ın iştirakçısı Səbinənin keçmiş qaynanası, aktrisa vəfat etdi
22 sentyabr 2022 13:19 (UTC +04:00)

"Eurovision"ın iştirakçısı Səbinənin keçmiş qaynanası, aktrisa vəfat etdi

Aktrisa  Fərqanə Quliyeva vəfat edib.

Lent.az xəbər verir ki, Kinematoqrafçılar İttifaqının (AKİ) üzvü olan Fərqanə Quliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedoqoji fəaliyyətlə də məşğul idi.
Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb.

O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü”(1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Dublyaj fəaliyyəti də olub.

Qeyd edək ki, aktrisanın oğlu Cavidan Şərifov kinorejissordur. "Eurovision"ın iştirakçısı Səbinə Babayeva onun gəlini olub.
 

# 4908
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar