Böyük Britaniya kralı III Çarlz “Eurovision 2023” mahnı müsabiqəsinin açılışını edəcək.
Lent.az bildirir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd olunur ki, Britaniya monarxı Liverpuldakı mahnı müsabiqəsinin səhnəsinin necə görünəcəyini göstərmək üçün işıqları rəsmən yandıracaq. Mərhum Kraliça II Yelizavetanın oğlu, kraliça Konsort Kamilla ilə birlikdə gələn ay tədbirdən əvvəl M&S Bank Arenada olacaq.
Onlar səhnəni görməkdən əlavə, verilişin aparıcıları və Böyük Britaniyanı təmsil edən Mey Müllerlə görüşəcəklər.