"Euronews" “Xarıbülbül” festivalından REPORTAJ  hazırladı
18 may 2022 11:26 (UTC +04:00)

"Euronews" “Xarıbülbül” festivalından REPORTAJ hazırladı

“Euronews” kanalı Şuşadakı V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı barədə reportaj hazırlayıb.

Lent.az xəbər verir ki, həmin reportaj telekanalın saytında və sosial şəbəkə hesablarında yayımlanıb.

Reportajda Heydər Əliyev Fondunun təşkil etdiyi festivalda müxtəlif ölkələrdən musiqiçilər və rəqs kollektivləri, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən folklor kollektivlərinin iştirak etməsindən bəhs olunub.

 Xatırladaq ki, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar elan olunan “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub.

# 1143
avatar

Oxşar yazılar