Türkiyədə “Kobra Murat” adıyla tanınan qaraçı əsilli müğənni Murat Divandiler maraqlı açıqlama verib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni verdiyi müsahibədə Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü barədə danışıb.
“2023-cü il yanvarın 20-də dövlət başçısı ilə “Roman buluşması” adlı layihə çərçivəsində görüşdüm. Həmin gün konsertim var idi, lakin görüşə dəvət olunduğumu bilincə konserti təxirə saldım. Çünki mənə dedilər Ərdoğan məhz məni o proqramda görmək istədiyini bildirib. Mənə çox nəzakətlə yanaşdı, proqram başlamazdan öncə onunla 5-6 dəqiqə söhbət etmək imkanım yarandı. Dövlət başçımız mənə “Kobram” deyir. Məni çox sevir. Mən də onu çox sevirəm, hörmətim sonsuzdur. Dövlət başçımızın xanımı Əminə xanım nurlu bir insandır, yaşadığımız qaraçı məhəlləsini gəzib, ehtiyacı olan ailələrə yardım etmək istədiyini bildirib”,- deyə müğənni vurğulayıb.
Qeyd edək ki, yanvarın 20-də Türkiyə prezidenti ölkədə yaşayan qaraçı əsilli tanınmış simalarla görüş keçirib.