Xalq artisti Ənvər Həsənovun koronavirusa yoluxub.
Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub.
COVID-19-la bağlı verilən testin nəticəsi də bu gün pozitiv çıxıb. Eyni zamanda, bu gün xalq artistinin ağciyərinin yoxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoq dəvət edilib.
Müayinə zamanı xalq artistinin ağciyərində hər-hansı ağırlaşmanın olmadığını və iltihabın aparılan müalicə prosesinə uyğun olaraq sovrulduğu müşahidə edilib. Hazırda Ə.Həsənovun vəziyyəti stabildir və ona bütün zəruri tibbi xidmətlər göstərilir.
Qeyd edək ki, xalq artisti öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəsinin davam edilməsini istəyir.