Həm müğənni, həm müxtəlif seriallarda maraqlı obrazlarla tamaşaçı qarşısına çıxan Emre Altuğ bəxtini bədii filmlərdə də sınamaq qərarına gəlib.
Lent.az-ın xəbərinə görə, onun baş rolda oynadığı “Ne olacak halim” adlı yeni bədii film 10 martda tamaşaçılara təqdim olunacaq.
Filmdə Emre Altuğla bərabər Alqı Eke, Lemi Filozof və Selen Domaç kimi tanınmış aktyorlar çəkiliblər.
Xatırladaq ki, Emre Altuğ hazırda "Yalı çapkını" serialında Orhan Korhan rolunda da oynayır.