"Əmioğlu və əmiqızının nikahı göydə kəsilib?" – Belə yaranıb
12 iyun 2024 18:16 (UTC +04:00)

"Əmioğlu və əmiqızının nikahı göydə kəsilib?" – Belə yaranıb

Azərbaycanda qohum evliliyi qanunla qadağan edilir. Min illərdir qan yaddaşımızda özünə yer eləmiş “Əmi oğlu ilə əmi qızının nikahı göydə mələklər tərəfindən kəsilib” deyimi daha tarixə qovuşacaq. Bəs bu ifadə necə və niyə yaranıb?

Lent.az “ Belə yaranıb” rubrikasında bu ifadənin tarixçəsi  barədə məlumat verir.

İslam şəriətində əsas götürülən məsəl öz gücünü ilk insanların yaranması, Adəm və Həvvanın övladlarının nəsillərinin necə artıb çoxalması barədə miflərdən götürür.

Yer üzündə Adəm və Həvvadan başqa insan yox idi. Bəs onların nəsilləri necə çoxaldı?

Əfsanələrdən birində deyilir ki, Allah Adəmin oğullarının evlənməsi üçün göydən iki qız göndərdi. (Bu versiya bacı-qardaşların bir-biri ilə evlənərək çoxalma barədə çirkin ehtimalları yox edir) Onlardan doğulan uşaqlar bir-birləri ilə evlənərək çoxalmağa başladı. Beləcə insan nəsli əmi oğlu və əmi qızlarının nikahı nəticəsində artıb çoxaldı. Yer üzündə başqa insanlar olmadığına görə, göydən göndərilən qadın, onların övladlarının nikahı da halal elan olundu, göydə kəsilmiş sayıldı. Təbii ki, ən qədim dövrlərdə nikah anlayışı yox idi, bu əfsanədən irəli gələrək sonrakı yüzilliklərdə belə deyim yarandı. Qohum evlilikləri nəslin sərvətinin paylaşılmaması, dağılmaması üçün də yaxşı vasitə hesab edildi.

Qeyd edək ki, Qazaxıstanda 7 nəsil qohumluğu olan insanların evliliyi lap çoxdan qadağan edilib. Buna görə hər gənc öz nəslinin şəcərəsini əzbər bilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4428
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar