Əməkdar artistin vəziyyəti KRİTİKDİR:  barmaqları kəsilib...
12 oktyabr 2022 12:03 (UTC +04:00)

Əməkdar artistin vəziyyəti KRİTİKDİR: barmaqları kəsilib...

Sənət dünyasında Dədə Süleyman kimi tanınan Əməkdar artist Süleyman Abdullayevin vəziyyəti ağırdır. O, hazırda xəstəxanadadır və 5 gündür ağrıkəsici preparatların təsiri altındadır.

Lent.az xəbər verir ki, bu barədə müğənninin qızı Aygün Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, Süleyman Abdullayevin ayaqlarında qanqrena yaranıb:

“Vəziyyəti çox ağırdır, ürəyində və qaraciyərində problemlər yaranıb. Müalicələri dayandırılıb. Həkimlər aciz qalıblar”.

Aygün Abdullayevanın sözlərinə görə, xanəndənin ürəyi 30 faiz fəaliyyət göstərir:

"Ayaq barmaqlarından ikisi amputasiya olunub. Qanqrena ötən il yaranıb, ötən il bir barmağı qaraldığına görə əməliyyatla götürülüb. Keçən ay isə bənzər əməliyyat digər barmağına da tətbiq edilib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4737
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar