taxi
İsmayıl Ələkbərov, Əməkdar artist
19:21 13 yanvar 2021

İsmayıl Ələkbərov, Əməkdar artist

Əməkdar artist koronavirusdan vəfat etdi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov vəfat edib.

Bu barədə APA-ya Akademik Opera və Balet Teatrından bildirilib.

İ.Ələkbərovun koronavirusdan vəfat etdiyi qeyd olunub. 

İ.Ələkbərov 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

1971-ci ildən Azərbaycan Dövlət akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub.

Teatrda çalışdığı müddətdə bir sıra rollarda çıxış edib.

2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

# 1455
avatar

Oxşar yazılar