Kinorejissor, aktyor, Əməkdar artist Elxan Qasımov əməliyyat olunub və vəziyyəti ağırdır.
Bu barədə Lent.az-a onun qızı məlumat verib.
Bildirilib ki, kinorejissor aorta damarında yırtıq (aorta disseksiyası) əmələ gəldiyi üçün əməliyyat edilib. Hazırda reanimasiyadadır, vəziyyəti stabil ağır olaraq qiymətləndirilir.
O, özəl xəstəxanaların birində müalicə alır.
Kinorejissorun qızı Mədəniyyət Nazirliyinin məsələni diqqətdə saxladığını, hətta nazirliyin nümayəndəsinin hazırda xətəxanada olduğunu bildirib.
Elxan Qasımovu azərbaycanlı tamaşçılar "Əhməd haradadır" filmindəki sürücü Əhməd rolu ilə yaxşı xatırlayırlar.