Xəbər verdiyimiz kimi, Əməkdar artist, kinorejissor və aktyor Elxan Qasımov aorta damarının yırtığı (aorta anevrizması) diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Aktyorun qızı Kəmalə Qasımova Lent.az-a bildirib ki, atası süni nəfəs aparatına qoşulub və hələ də reanimasiyadadır.
“Həkimlər vəziyyətinin cüzi yaxşılaşdığını desələr də, durumu kritik olaraq qalır. Məni yanına buraxırlar. Danışa bilmir. Çünki ağciyərləri normal işləmir, süni nəfəs aparatına qoşulub. Hələ çox zəifdir. Sual verəndə gözlərini qırparaq cavab verir. Günün əksər hissəsində yuxulu olur. Çox zəifdir. Həkimlər özləri istəyilər ki, yatsın”,- deyə Kəmalə xanım bildirib.
Qeyd edək ki, 78 yaşlı Elxan Qasımov xəstəxanaya çatdırılana qədər 90 faiz qan itirmişdi. O, özəl xəstəxanalardan birində müalicə alır.