“Əli baba və qırx quldur” filminin rejissoru Oleq Ryabokon 84 yaşında vəfat edib.
Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, onun ölüm səbəbi açıqlanmayıb.
Oleq Ryabokon 1939-cu ildə anadan olub. O, 1983-cü ildə çəkilən “Əli baba və 40 quldur” filmi ilə daha çox tanınıb.
Ryabokon “Hamı üçün bir!”, “Və mən gəlirəm”, “Fiziklər”, “Gözəl Yelena” və bir çox başqa filmlərə rejissorluq edib.