Dünyanın ilk mağara kilsəsinin divarı uçdu
21 fevral 2023 12:12 (UTC +04:00)

Dünyanın ilk mağara kilsəsinin divarı uçdu

0

Dünyanın ilk mağara kilsəsi kimi qəbul edilən antik Saint Pierre Kilisəsi də Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsindrə xəsarət almış tarixi abidələr siyahısına daxil edilib.

Lent.az-ın xəbərinə görə, Antakya şəhəri yaxınlığında yerləşən bu kilsə 1963-cü ildə Roma papası IV Paul tərəfindən müqəddəs ziyarət yeri elan edilib. Kilsə Türkiyədə Antakya - Reyhanlı yolu üstündə, Stauris dağının (Hac dağı) qərbində 13 metr dərinlikdə bir mağarada yerləşir. Kilsənin eni 9,5 metr, tavanının yüksəkliyi 7 metr təşkil edir.

Saint Pierre Kilisesi və ya Müqəddəs Petrus Kilsəsi xristianlığın ilk yayıldığı dönəmlərə aid edilir. Burda ilk xristianlar toplaşaraq dualar etmiş, müzakirələr aparmışdılar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1915

Oxşar yazılar