“Troya” və “Bitməyən hekayə” filmlərinin almaniyalı rejissoru Volfqanq Petersen 81 yaşında vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə “variety.com” nəşri məlumat yayıb.
Petersen altı Oskar mükafatına namizəd olub.
Rejissor mədəaltı vəzi xərçəngindən öz iqamətgahında dünyasını dəyişib.
Almaniyalı rejissor “Troya”, “Prezidentin təyyarəsi”, “Bitməyən hekayə”, “Qayıq” və digər filmləri ilə tanınır.
O, Hollivudda ilk dəfə “Qayıq” filmi ilə tanınıb.