Döyüşə gedən atların quyruğu  nə üçün düyünlənirdi? - Tuğ nədir?
12 noyabr 2024 19:46 (UTC +04:00)

Döyüşə gedən atların quyruğu nə üçün düyünlənirdi? - Tuğ nədir?

Qədim türk adətlərinə görə, döyüşə girən əsgərlər atlarının quyruğunu düyünləyərdilər. Bu həm də igidlik simvolu sayılırdı. 

Lent.az bu gün “Belə yaranıb” rubrikasında çox qədim və maraqlı bir ənənədən məlumat verir.

Atın quyruğunu düyünləyərdilər ki, döyüş vaxtı ora-bura ilişib hərəkətini məhdudlaşdırmasın. Quyruğuna düyün vurulan at anlayırdı ki, o döyüşə hazırlanır və buna görə meydana girəndə ürkmürdü.

Döyüşçü döyüşdə həlak olurdusa, onun atının quyruğunu öz nizəsinin ucuna keçirib məzarı üstünə basdırardılar. Məzarı görən hər kəs orada bir qəhrərman uyuduğunu anlayardı. Zaman içində türklər nizəyə keçirilmiş at quyruğunu tuğ deyə özləri ilə savaşa aparmağa başladılar. Bu əsgərin ölümə hazır olması anlamını verirdi.

Tuğ eyni zamanda qəhrəman döyüşçününü öldürdüyü düşmən əsgərlərinə də işarə idi. Bəzən əsgərlər (bu ənənə xüsusən slavyanlarda yayılmışdı) öldürdükləri əsgərlərin atlarının quyruğunu öz dəbilqələrinə və ya nizələrinə taxırdılar.

Sonralar at quyruğunu xüsusi iplərlə əvəz elədilər və bu döyüş bayrağı rəmzinə çevrildi.

Tuğ, toğ və ya tuk türk və Altay xalqlarının dövlət ənənəsində suverenlik rəmzidir. Monqollar buna çəkmə deyirlər. Uğur və bərəkət əlaməti kimi istifadə olunur.

Bəzən müharibə, itaətsizlik və üsyan arzusunun simvolu kimi istifadə olunurdu. Əvvəllər bayraq üzərində asıldığı halda, sonralar xüsusi olaraq doqquz qollu mizrağın ucundan asılmağa başlandı.

Türklərin doqquz tuğ adəti doqquz rəqəminin müqəddəsliyini, səmadakı doqquz planeti təmsil edir. Türklərin dünya anlayışında göy doqquz qat, yer isə doqquz bölgəyə bölünür. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5345

Oxşar yazılar

Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29