Rəqsanə İsmayılova
19 noyabr 2025 18:41 (UTC +04:00)

Rəqsanə İsmayılova

Rəqsanə ev dustaqlığına buraxıldı - YENİLƏNİB

3

Rəqsanə İsmayılova ev dustaqlığına buraxıldı

Lent.az-ın məlumatına görə, dəymiş zərərin müəyyən hissəsinin ödənməsi və zərərçəkmişlərlə təqsirləndirilən R.İsmayılova arasında olan qarşılıqlı razılığa əsasən onum barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

***

17:45

Həbsdə olan müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması barədə xəbər yayılıb.

Lent.az müğənninin vəkili ilə əlaqə saxlayıb.

Vəkil bildirib ki, hələlik bu barədə məhkəmə qərarı yoxdur.

Hazırda Sabunçu rayon Məhkəməsində Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması barədə vəsatətə baxılır.

Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurdu. İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrumetmə cəzası gözləyirdi.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunmuşdu. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 996

Oxşar yazılar