Həddindən artıq qəhvə qəbulu orqanizmin susuzlaşmasına səbəb ola bilərmi?
08 dekabr 2025 10:28 (UTC +04:00)

Həddindən artıq qəhvə qəbulu orqanizmin susuzlaşmasına səbəb ola bilərmi?

0

Araşdırma çərçivəsində iki qrup insan gün ərzində 3-dən 6-ya qədər fincan qəhvə içib, lakin yalnız bir qrup əlavə olaraq su qəbul edib.
Qəhvədəki kofein sidikqovucu təsirə malikdir.

Lent.az xəbər verir ki, orqanizmin susuzlaşmasına qəhvə səbəb ola bilərmi sualına cavab tapmaq üçün alimlər xüsusi bir araşdırma aparıblar. Onlar gündə 3-6 fincan qəhvə içən insanları iki qrupa bölüblər: birinci qrup dörd gün ərzində həm qəhvə, həm də su içib, ikinci qrup isə yalnız qəhvə qəbul edib. 
Materialda qeyd olunur ki, tədqiqatçılar bütün maye və qida qəbulunu, eləcə də sidiyin həcmini izləyiblər. Bundan əlavə, onlar hər bir iştirakçının bədənindəki ümumi su miqdarını ölçüblər. Kofein sidikqovucu təsir göstərdiyi üçün gözlənilə bilərdi ki, “su içən qrup”da bədəndəki ümumi su miqdarı artsın. Lakin bu baş verməyib bədəndəki ümumi su həcmi dəyişməz qalıb. Maraqlıdır ki, bədən çəkisində də heç bir dəyişiklik olmayıb. Kofein sidikqovucu təsirə malik olsa da, bu təsir qısa müddət davam edir. İnsan hər gün qəhvə içirsə, orqanizm buna təbii olaraq uyğunlaşır. Əgər insan bir müddət qəhvə içməyi dayandırıb, daha sonra yenidən içməyə başlayarsa, o zaman bir neçə gün ərzində bədəndəki ümumi su səviyyəsi azala bilər, lakin tezliklə yenidən normaya qayıdır. Bunun səbəbi odur ki, bir fincan qəhvə 98,5% sudan, qalan 1,5%-i isə həll olmuş maddələrdən ibarətdir. Buna görə də qəhvə gündəlik su qəbulunun bir hissəsi hesab olunur. Bu isə qəhvəni sevən və bədənində su balansını qorumağa çalışan insanlar üçün yaxşı xəbərdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar