Xalq yazıçısı Çingiz Abdullayev tənqidlərdən yorulduğunu bildirib.
Lent.az-ın xəbərinə görə, bu barədə o, öz sosial şəbəkə hesabında məlumat verib. Yazıçı sistematik olaraq "trollar"ın hücumuna məruz qaldığını və bundan bezdiyini bildirib.
“Zəhləmi töküblər. Belə şeylər məni yorur. Axı bu mənim şəhərim, mənim ölkəmdir. Məni hətta Bakı dialektində danışdığım üçün də qınayırlar. Görün nə hala qalmışıq. Bəzi adamlar son dərəcə qeyri- adekvatdırlar və bu çox şeyi korlayır. Nəsə eləmək, qərara gəlmək zamanıdır”, - deyə o yazıb.