Azərbaycanlı kinorejissor Hikmət Rəhimovun çəkdiyi “Çılpaq” bədii filmi beynəlxalq arenada uğur qazanıb.
Lent.az-ın xəbərinə görə bu ekran işi Praqa film festivalında ən yaxşı film kateqoriyasında birinci yeri qazanıb.
Bu barədə məlumatı aktyor Azər Ayxan yayıb.
Kino və teatr aktyoru Hikmət Rəhimovun rejissor debütü - "Çılpaq" filmi bundan öncə Fransa və Türkiyədə dörd beynəlxalq mükafata layiq görülmüşdü.
Hikmət Rəhimov həm də filmin ssenari müəllifi və baş rollardan birinin (Rüstəm) ifaçısıdır.
Film dram janrında çəkilib.