Qış fasiləsində birdən-birə 8 transfer edən "Çelsi" İngiltərə Premyer Liqasının XXII turunun açılış matçında xal itirib.
Lent.az Apasport.az-a istinadla xəbər verir ki, "Çelsi" öz meydanında Londonun digər komandası "Fulhem"lə üz-üzə gəlib.
Yeni transferlərdən Benuva Badyaşil, Enso Fernandes və Mixail Mudrikin start heyətdə yer aldığı görüşdə "Çelsi" rəqib qapısına yol tapa bilməyib və görüş qolsuz heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, tərəflərin yanvarın 12-də keçirilmiş ilk görüşündə "Fulhem" 2:1 qalib gəlmişdi. Məhz həmin matçdan sonra "Çelsi" 3 turdur ki, qapısından top buraxmır. Son 3 matçdır qələbə qazana bilməyən "Fulhem" 32 xalla 6-cı, son 2 matçda 0:0-a razılaşan "Çelsi" isə 30 xalla 9-cudur.