İstanbulda Acıbadəm Xəstəxanasına yerləşdirilən Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin vəziyyəti nisbətən sabitləşib.
Lent.az-ın onun yaxınlarına istinadən məlumatına görə, bəstəkar reanimasiyadan çıxarılıb və palataya köçürülüb, səhhətində nisbi irəliləyiş var.
Qeyd edək ki, o dünən beyninə qan sızma diaqnozu ilə tibbi nəzarətə götürülüb.