“Mənəvi kimliyinin balansını mütləq qoruyub, saxlamalısan. Ondan gözəl şey yoxdur”.
Lent.az xəbər verir ki, bu fikirləri Xalq artisti Nisə Qasımova "Açıq söhbət" verilişində səsləndirib. O, bir zamanlar getdiyi el şənliklərindən yaxşı qazanc götürdüyünü, lakin efirlərdə bunu nümayiş etdirib öyünmədiyini dilə gətirib.
"Elə vaxtlar olub ki, çamadanla pul qazanmışam. Amma onları paylaşmağı bacarmışam. Elə olub ki, bir manat pulum olmayıb, onu da paylaşmağı bacarmışam. Müəyyən şeylər var ki, əndazəni keçməmək, qorumaq lazımdır",- deyə o bildirib.