Tezliklə “Mənə ulduz de” müsabiqəsində münsiflər heyətində oturacaq tanınmış aktrisa Buşra Pekin xarici görkəmindəki dəyişikliklər barədə suallara cavab verib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa bütün filmlərdəki rolları üçün xarici görkəmini deyil, üzünü dəyişdirdiyini bildirib.
“Üzüm eyni üzdür. Rollarımda fərqli görünürəm. Mən “Dilberay” filmindəki Dilberay rolumda da eyniydim, indi də eyniyəm. Başqa filmlər üçün üzümə toxunmurdum, amma “Yılbaşı gecesi” filmi üçün üzümə botoks etdirirəm”,- deyən aktrisa münsifi olacağı yarış proqramı barədə ətraflı məlumat vermək istəməyib.O sadəcə istedadlı aktyor və aktrisalar kəşf edəcəklərinə ümid etdiyini söyləyib.