Almaniyada, Bottrop şəhərində konsert verən türkiyəli pop diva Bülent Ersoy sevənlərindən halallıq istəyib.
Lent.az-ın xəbərinə görə, konsert böyük ajiotajla keçib, tamaşaçılar bir neçə saat öncədən konsert salonunu doldurub.
İzləyicilərini bir xeyli gözlətdikdən sonra səhnəyə çıxan Bülent Ersoy “ bəlkə bir daha buralara gələ bilmədim. Haqqınızı mənə halla edin”, - deyib.
Pop divanın bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. “Ölümü ürəyinə damıb?”, “İnşallah, xəstələnməyib” şəklində şərhlər yazan sevənləri narahatlıqlarını bildiriblər.