Bu sözlərin maraqlı tarixçəsi -   Belə yaranıb
04 avqust 2023 18:42 (UTC +04:00)

Bu sözlərin maraqlı tarixçəsi - Belə yaranıb

Lent.az “Belə yaranıb” rubrikasında maraqlı faktları təqdim edir.

Bizdə və Türkiyə türklərinin dilində çox işlədilən yengə, abi, kanka, ciji və həmşirə sözlərinin necə yaranmasından danışacağıq.

Yengə sözü yeni gəlin sözündən yaranıb. Azərbaycanın qərb bölgələrində yengə toy gecəsi gəlini müşaiyət edən xanıma yox, evin gəlininə deyilir.

Abi sözü  ağa bəy sözündən yaranıb. Böyük qardaşa ağa demək qədim azərbaycanlılarda da olub. Ağa bəy yəni böyük bəy, evin böyük oğlu.

Kanka sözü kan kardeşi (qan qardaşı) demədir. Qədim türk adətlərinə görə, dost olmaq istəyən türklər biləklərini çərtib qanlarını bir-birlərinə qatır, bununla da ömürlük qardaş olduqlarını bildirirdilər. Qan qardaşı çox zaman bir anadan, bir atadan doğulmuş qardaşdan daha əziz olurdu.

Əsasən rayonlarımızda yaşlı qadınlara xitabən ciji sözü işlədilir. Ciji cici sözündən yaranıb, iki arvadlı ailələrdə kişinin yeni arvadı cici, yəni təzə adlanırdı. Birinci arvaddan olan uşaqlar da yeni anaya cici ana deyirdilər. Beləcə, zaman keçdikcə cici dönüb oldu ciji.

Həmşirə sözü uzun illər Azərbaycanlıların da dilində istifadə olunub. Bu gün türklər tibb bacısını həmşirə adlandırırlar. Həmşirə bacı deməkdir. Ana bətnində eyni şirədən bəslənmiş anlamını verir.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4627

Oxşar yazılar

Ən yaxşı 7 macəra  filmi -VİDEO

Ən yaxşı 7 macəra filmi -VİDEO

29 aprel 2025 , 17:28
"Avatar"ın məşhur obrazı real həyatda  necə görünür?

"Avatar"ın məşhur obrazı real həyatda necə görünür?

29 aprel 2025 , 15:22
Məşhur yazıçı  öldürüldü

Məşhur yazıçı öldürüldü

28 aprel 2025 , 22:08
2025-in ən yaxşı  5 komediya   serialı -VİDEO

2025-in ən yaxşı 5 komediya serialı -VİDEO

28 aprel 2025 , 17:56
Aktyor Vahid Əliyevin son vəziyyəti - Özü açıqladı

Aktyor Vahid Əliyevin son vəziyyəti - Özü açıqladı

28 aprel 2025 , 15:08
2025-ci ilin ən vacib  filmlərindən biri - "Müqəddəs əncirin toxumu" -  VİDEO

2025-ci ilin ən vacib filmlərindən biri - "Müqəddəs əncirin toxumu" - VİDEO

28 aprel 2025 , 13:30
Aktyor Möylə Mirzəliyev vəfat etdi

Aktyor Möylə Mirzəliyev vəfat etdi

28 aprel 2025 , 12:41
Əhvalınızı düzəldəcək 5 film

Əhvalınızı düzəldəcək 5 film

28 aprel 2025 , 12:06