“Bu şəhərdə”nin məşhur simaları, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov yeni mövsümdən ATV kanalında aparıcılıq edəcəklər.
ATV telekanaldan Lent.az-a verilən məlumata görə, Rafael və Coşqunun yeni layihəsinin adı “Bu şəhərdə 2050” adlanacaq. Bununla yanaşı, efirdə yayımlanan və yayımlanmayan konsertlərdən görüntülər də telekanalda yer alacaq.
Telekanaldan onu da bildirdilər ki, “Bu şəhərdə”nin ikinci layihəsinin də müzakirəsi gedir.