Bu axşam Türkiyənin Kanal D ekranlarında yeni serialın nümayişinə start verilir.
Lent.az-ın məlumatına görə, “Most Production” şirkəti tərəfindən çəkilmiş “Veda mektubu” serialında Nurgül Yeşilçay, Selim Bayraktar, Rabia Soytürk, Emre Kıvılcım və Bennu Yıldırımlar baş rollarda oynayacaqlar.
Müəlliflər filmin süjet xəttinin real həyat hekayəsindən alındığını bildiriblər.
Alanur adlı bir xanım gəncliyində ailəsinin istəklərinə qarşı çıxaraq karyerasına deyil, sevgilisinə üstünlük verir. Lakin sevgilisi Ziya onu yox, başqa bir qızı seçir. İllər Sonra Alanur və Ziyanın övladları bir - birlərinə aşiq olurlar və beləcə keçmiş məhəbbət yenidən ortaya çıxır.
Filmin ilk bölümünü bu axşam yerli vaxtla saat 9-da izləyə bilərsiniz.