ABŞ-ın Orlando Beynəlxalq Hava Limanında qoyulmuş bir heykəl gəlib- keçən hər kəsi illərdir təəcübləndirir.
Lent.az-ın xəbərinə görə, yatmış adamı formasında hazırlanmış və “Səyyah” adı verilmiş bu heykəli real insandan ayırmaq çətindir.
Gəlib keçənlərə onun heykəl olmasını yalnız şüşə arxasında dayanması ilə sübut eləmək olur. Hava limanında çantaları ilə birlikdə yerə oturub mürgüləyən kişi öz uçuş vaxtının çatmasını gözləyir.
Heykəltaraş Duane Hanson tərəfindən 1985-cı ildə hazırlanmış bu hiperrealis sənət əsəri hava limanının ən maraqlı və diqqətçəkən aksessuardır.