ABŞ-dakı məşhur “Broadway” teatrı tarixdə ilk dəfə bu qədər bağlı qalıb. COVID-19 epidemiyası səbəbindən 18 aydır pərdələrini açmayan teatr dünən tamaşaçıları ilə yenidən görüşüb.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, açılış zamanı buraya gələn tamaşaçılar göz yaşlarını saxlaya bilməyiblər. “The Lion King”, “Wicked” və “Hamilton” tamaşaları yenidən səhnəyə qoyulub.
Teatra daxil olan tamaşaçılardan COVID-19 əleyhinə peyvəndin hər iki dozunu təsdiq edən sənəd tələb olunub. Bununla yanaşı, 12 yaşdan aşağı bütün uşaqlar üçün koronavirus testinin neqativ olduğunu təsdiq edən sənəd istənilib. Teatr zalında bütün tamaşaçılar maska ilə əyləşiblər.