Bu dəfə Hollivudun indiyə qədər istehsal etdiyi ən böyük büdcəli blokbasterlərdən yazırıq.
Beləliklə, Lent.az təqdim edir:
"Qisasçılar: Artron erası"
"Qisasçılar"ın rejissoru Cos Uidon böyük uğurdan sonra filmin ikinci hissəni daha kiçik büdcə ilə ərsəyə gətirməyi düşünürdü, amma hər şey tərsinə alındı. Çəkilişlər zamanı filmin büdcəsi 365 milyon dollara yüksəldi ki, bu da "Qisasçılar: Oyunun sonu" və "Qisasçılar: Sonsuzluq Müharibəsi" seriyalarından çoxdur. Buna səbəb filmin müxtəlif ölkələrdə çəkilməsi oldu. Komanda Cənubi Afrika, Cənubi Koreya, və İtaliyaya səyahət etdi.
"Karib dənizinin quldurları 4: Qəribə sahillərdə"
Karib dənizinin quldurları seriyasından üçüncü filmin büdcəsi 300 milyon dollar təşkil etmişdi. Bu qədər maliyyəni əsasən həqiqi gəmilərlə eyni ölçüdə olan gəmi modellərinin tikintisi tələb eləmişdi. Film 3 qat gəlir gətirdi, kassalarda 960 milyon dollar topladı. Dördüncü filmi çəkən rejissor daha böyük büdcə tələb etdi. Dördüncü film 400 milyon dollara çəkildi. Filmin qəhrəmanı Coni Deppə bu film üçün 55 milyon dollar ödənildi. O isə “Verirlərsə niyə də almayım? Hərçənd bu film buna dəyməzdi”, - demişdi.
"Batman Supermenə qarşı: Ədalətin Şəfəqi".
Bu film 263 milyon dollarlıq büdcə ilə 873 milyon dollar gəlir verib.
“Hörümçək adam 3”
Bu film ilk hissədən iki dəfə çox olan 258 milyon dollarlıq çılğın büdcə ilə çəkilib, 900 milyon gəlir gətirib.
“Harry Potter” seriyasından son filmin büdcəsi 250 milyon dollar təşkil edib. Bu filmin ssenarisini təşkil edən eynadlı romanı isə bir zamanlar heç bir yayım evi nəşr etmək istəməmiş, onu uğursuz əsər adlandırmışdılar.
Qeyd edək ki, bu 5 filmin hər birində çox güclü komyuter qrafikasından istifadə olunub. Başqa sözlə, işin çox hissəsini rəqəmsal texnologiya həll edib.