Lent.az ekranda sevgili kimi görünüb, real həyatda isə bir-birlərinə nifrət edən, qarşı tərəfin hərəkətlərindən qıcıqlanan cütlüklər barədə məlumat verir.
_1689592694.webp)
Rayan Qoslinq və Reyçel Makadamsın “Yaddaş gündəliyi” filmində canlandırdıqları aşiqlər çoxlarını göz yaşına boğub. Lakin onlar bir-birlərinə nifrət edirdilər. Rayan tez-tez hamının gözü önündə Reyçelin filmdən qovulmasını tələb edirdi. Buna baxmayaraq, onlar ən yaxşı öpüş səhnəsinə görə mükafat almağı bacardılar.
_1689592719.webp)
Ceymi Dornan və Dakota Conson “Bozun 50 çaları” erotik filmində ehtiraslı aşiqləri oynasalar da, bir-birlərinə qarşı ən xırda duyğuları belə olmayıb.
_1689592739.webp)
Conni Depp və Ancelina Coli “Turist” filmində sevgili olsalar da, əsla yola gedə bilməyiblər. Coli Connini pinti, o isə aktrisanı yekəxana hesab edirdi.
_1689592762.webp)
Cerom Fıinn və Lina Xidi “Taxt oyunları” filmində oynasalar da, çəkiliş meydanında bir dəfə də üz-üzə gəlməyiblər. Onlar filmdən öncə dava edib, düşmən olmuşdular.
_1689592793.webp)
Çenninq Tatum və Emma Uotson “Super Mayk” filmində heç bir şəkildə yola getmədilər. Emma Çenninqin abırsız davranışlarına tab gətirməyib layihəni yarımçıq tərk etdi.