Ben Afflek TƏSDİQLƏDİ: Cennifer Lopez  yeni filmində   çəkiləcək
22 mart 2023 16:57 (UTC +04:00)

Ben Afflek TƏSDİQLƏDİ: Cennifer Lopez yeni filmində çəkiləcək

Ben Afflek həyat yoldaşı Cennifer Lopezin yeni filmində rol alacağını təsdiqləyib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Afflek və Mett Deymon, yeni prodüser şirkəti “Artists Equity”nin Lopezin filmdə oynadığı bir ayağı ilə doğulan çempion güləşçi Entoni Robles haqqında bioqrafik film çəkəcəyini açıqlayıb.

“CBS News”a verdiyi müsahibədə Afflekdən Lopezin filmdə rol alacağı ilə bağlı yayılan söz-söhbətlər barədə soruşublar və o, Robles rolunu oynayacaq aktyorun adını çəkə biləcəyini söyləyərək zarafatla sualdan yayınmağa çalışıb. Lakin davamlı suallardan sonra o, Cennifer Lopezin bu filmdə rol ala biləcəyini təsdiqləyib. "Onunla bir şey etmək, onun nə qədər gözəl olduğunu görmək, həyat yoldaşımla işə getmək, ən yaxşı dostumla işə getmək nə qədər xoşdur, necə də sevincdir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1557
avatar

Oxşar yazılar