Emrah Serbes
13 yanvar 2023 17:55 (UTC +04:00)

Emrah Serbes

“Behzat Ç”nin senaristi həbsdən sonra ilk dəfə göründü

Yazıçı və senarist Emrah Serbes həbsxanadan çıxdıqdan sonra ilk dəfə görüntülənib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbsdən sonra həyatını gözlərdən uzaq yaşayan Emrah dünən axşam saatlarında bir restoranın çıxışında kameralara yaxalanıb.

Yazıçı artıq sadəcə yazmağa yönəldiyini bildirərək başqa bir şey danışmaq istəmədiyini deyib. Daha sonra köməkçisi ilə birlikdən oradan uzaqlaşıb.

Xatırladaq ki, 2017-ci ildə Emrah Serbes dostu ilə birlikdə İzmirə gedərkən avtomobil qəzası törətmişdi. Digər maşında olan 3 nəfər həyatını itirmişdi. Qəzadan sonra Serbes sükan arxasında olduğunu bildirərək polisə təslim olub. Daha sonra məhkəmə senaristə 13 il 4 ay həbs cəzası verib. Ancaq COVID-19 tədbirləri çərçivəsində 2021-ci ildə azad edilib.

Emrah həbs olunduğu gün verdiyi müsahibədə “Adım Emrah Serbesdir. Sonunda “t” yoxdur” ifadəsi ilə yaddaşlarda qalıb.

Qeyd edək ki, Emrah Serbes çox sevilən “Behzat Ç” kitabının müəllifidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2183

Oxşar yazılar

Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32