Gələn il Bakıda böyük qırğız yazıçısı Çingiz Aytmatovun heykəlinin açılışı olacaq.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, bunu dekabrın 21-də Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin 2021-ci ildə ikitərəfli münasibətlərdə ilin yekunlarına və Qırğızıstan-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş mətbuat konfransında bildirib.
“Bakı küçələrdən birinə də Çingiz Aytmatovun adı veriləcək”, - diplomat vurğulayıb.