İngiltərənin paytaxtı Londonda "BAFTA" (Britaniya Kino və Televiziya Sənəti Akademiyası) kino mükafatı laureatlarının adları bəlli olub.
Lent.az xəbər verir ki, mükafatın qalibi almaniyalı rejissor Edvard Bergerin “Qərb cəbhəsində yeni bir şey yoxdur” dram filmi olub. Film “Ən yaxşı rejissor” və “Ən yaxşı film” nominasiyalarında mükafat qazanıb.
“Ən yaxşı aktrisa” nominasiyasında mükafatı “Tar” filmində rol alan avstraliyalı aktrisa Keyt Blanşett alıb. “Ən yaxşı aktyor” nominasiyasında mükafat “Elvis” filmində Elvis Preslini canlandıran amerikalı aktyor Ostin Batlerə verilib.
Kanadalı rejissor Daniel Roerin “Navalnı” filmi “Ən yaxşı sənədli film” nominasiyasında mükafata layiq görülüb.