Rusiyada yaşayıb sosial şəbəkələr vasitəsilə məşhurlaşan Azərbaycan əsilli müğənni Nəvai Bəkirov sosial şəbəkədə özü haqqında maraqlı məlumat verib.
Lent.az-ın məlumatına görə, müğənni uşaqlıq xatirələrini bölüşərək uşaq ikən valideynlərinin səyyar zooparkın əməkdaşları olduğu üçün elə zooparkda doğulub, 6 yaşına qədər zooparkda yaşadığını, heyvanlardan başqa dostunun olmadığını söyləyib. O, uşaqlığının dəmir yolları üstündə və vaqonlarda keçdiyini bildirib.
Müğənni məşhurlaşana qədər traktor və taksi sürdüyünü, əziyyətlə çörək qazandığını dilə gətirib.