Azərbaycanlı aktrisa Rusiya serialına baş rola çəkildi -FOTO
23 avqust 2023 09:20 (UTC +04:00)

Azərbaycanlı aktrisa Rusiya serialına baş rola çəkildi -FOTO

Bakı Bələdiyyə Teatrının aktrisası, Əməkdar artist Hüsniyyə Mürvətova Rusiyanın istehsal etdiyi serialda baş rollardan birində oynamaq üçün dəvət alıb.

 Lent.az-ın əldə etdiyi məlumata görə, çəkilişlər artıq başlayıb.

Hüsniyyə Mürvətova Rusiyanın "Домашний" kanalının sifarışi ilə “GP Sinema” şirkətinin istehsalı olan "Абрикосовая горечь"- “Ərik açıcı”  mini serialında əsas rollardan birinə, Məleykə roluna çəkilib. Serialda Məleykə türk qayınanadır. Kürəkəni Camal rolunda isə azərbaycanlı aktyor Rüstəm Cəbrayılov oynayır.  Rüstəm filmdə baş rolun ifaçısıdır. Çəkilişlər  Belarusda aparılır.

“Actors Agency of Azerbaijan” agentliyi  bir neçə aktyoruntəqdimatını verib, istehsalçı şirkət məhz Hüsniyyə xanımı bəyənib. Rüstəm Cəbrayılova isə dəvət çəkiliş qrupundan gəlib.

Film tezliklə ekranlara çıxacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 35931
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar