Azərbaycanın tanınmış kinorejissoru Ramiz Əliyev (Ramiz Hindarxlı) vəfat edib.
Lent.az bildirir ki, bu barədə jurnalist Elman Mustafazadə məlumat yayıb.
Onun bildirdiyinə görə, Ramiz Əliyev bu gün 84 yaşında Niderlandin Dodrext şəhər xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, 1956-cı ildə "Azərbaycanfilm"də rejissor asisenti kimi fəaliyyətə başlayan Ramiz Əliyev müxtəlif illərdə ikinci rejissor və rejissor kimi Azərbaycan kinosuna misilsiz töhfələr verib.
Ramiz Əliyev kinosevərlərin yaddaşında rejissor və ikinci rejissor kimi çəkdiyi "Bağlı qapı" (film, 1981), "Bakıda küləklər əsir" (film, 1974), "Bəyin oğurlanması" (film, 1985), "Dəli Kür" (film, 1969), "Həm ziyarət, həm ticarət..." (film, 1995), "Xatirələr sahili" (film, 1972), "İnsan məskən salır" (film, 1967), "İstintaq" (film, 1979), "Koroğlu" (film, 1960), "Qayınana" (film, 1978), "Qəribə adam" (film, 1979), "Qızmar günəş" altında (film, 1957), "Leyli və Məcnun" (film, 1961), "Möcüzələr adası" (film, 1963), "O olmasın, bu olsun" (film, 1956), "O qızı tapın" (film, 1970), "Otel otağı" (film, 1998), "Ögey ana" (film, 1958), "Ölsəm... bağışla" (film, 1989), "Özgə ömür" (film, 1987), "Park" (film, 1983), "Sevinc buxtası" (film, 1977), "Səmt küləyi" (film, 1973), "Skripkanın sərgüzəşti" (film, 1972), "Şir evdən getdi" (film, 1977), "Tütək səsi" (film, 1975), "Yaşamaq gözəldir, qardaşım" (film, 1966), "Yenilməz batalyon" (film, 1965) və digər biri-birindən maraqlı filmlərlə qalıb.
O, Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin ağsaqqallar birliyinin rəhbəri idi.
Ramiz Əliyev