Tanınmış aktyor, bloger Taleh Yüzbəyova məxsus “Yüz cafe”nin reklam lövhəsi sökülüb. Buna səbəb kafenin yerləşdiyi binanın tarixi abidə hesab edilməsidir. Bu binalara qanunsuz müdaxilənin qarşısının alınması çərçivəsində tədbirlər davam etdirilir.
Lent.az bildirir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib. O, Taleh Yüzbəyovu nümunəvi sahibkar kimi qiymətləndirib.
“Dostlar, abidələrə qanunsuz müdaxilənin aradan qaldırılması üçün Yusif Məmmədəliyev küçəsində həyata keçirilən tədbir zamanı tanınmış aktyor və bloqer Taleh Yüzbəyovun “Yüz" kafesi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirim. Taleh bəy bir neçə gün əvvəl quruma nümunəvi sahibkar qismində müraciət edərək, abidənin fasadına vurulan reklam lövhəsinin söküləcəyini bildirib və bu gün qanunsuz müdaxilənin qarşısı alınıb. Belə nümunəvi sahibkarlardan çox olsun!”,- o bildirib.