"Ayıq sürücü" filminin aktyorları ilə Buzovna sakinləri bir araya gəldi 
07 aprel 2025 21:46 (UTC +04:00)

"Ayıq sürücü" filminin aktyorları ilə Buzovna sakinləri bir araya gəldi 

"Ayıq sürücü" filmində iştirak edən aktyorların təhdid olunması və hücuma məruz qalması ilə bağlı iddialar araşdırılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli Lent.az-a bildirib ki, Buzovna qəsəbəsinin bir qrup sakini ilə aktyor heyətinin görüşü olub. 

Görüşdə anlaşılmazlıq yaradan hallara görə filmdən həmin hissələrin çıxarıldığı diqqətə çatdırılıb. 

Aktyorlara hücum edilməsi və digər qanunsuz hallarla bağlı iddialar isə təsdiqini tapmayıb və buna görə polisə hər hansı müraciət daxil olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438

Oxşar yazılar